Gürcüstanda koronavirusun 4 459 yeni halı qeydə alındı, 3 957 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 459 yeni halı qeydə alındı, 3 957 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 4 459 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 850 102 halı təsdiq olunub. Buradan 792 158 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 3 957 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 65 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 12 119-a çatdı.

Cəmi peyvənd edildi 2 183 335 insan, bir gündə 11 999 insan. Karantin rejimində 41 vətəndaş, stasionarda müşahində altında 6 545 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 125 insan qalmaqdadır.

Bununla yanaşı, 30 noyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 050 halı qeydə alındı, 4 214 pasiyent müalicə olunaraq sağaldı, 80 pasiyent vəfat etdi.