Gürcüstanda koronavirusun 3 958 yeni halı qeydə alındı, 3 531 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 958 yeni halı qeydə alındı, 3 531 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 3 958 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 108 690 halı təsdiq olunub. Buradan 89 170 vətəndaş sağalıb. O cümlədən bu gün 3 531 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 36 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 1 012-ə çatdı.

Karantin rejimində 2 137 vətəndaş, stasionarda müşahində altında 6 221 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 736 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda dünən koronavirusun 4 048 yeni halı qeydə alındı, 3 856 pasiyent sağaldı.