Gürcüstanda koronavirusun 3 950 yeni halı qeydə alındı, 2 014 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 950 yeni halı qeydə alındı, 2 014 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 3 950 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 861 883 halı təsdiq olunub. Buradan 801 864 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 014 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 40 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 12 298-ə çatdı.

Cəmi peyvənd edildi 2 224 629 insan, bir gündə 11 889 insan. Karantin rejimində 35 vətəndaş, stasionarda müşahində altında 6 258 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 155 insan qalmaqdadır.

Bununla yanaşı, 3 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 100 halı qeydə alındı, 3 397 pasiyent müalicə olunaraq sağaldı, 67 pasiyent vəfat etdi.