Gürcüstanda koronavirusun 3 759 yeni halı qeydə alındı, 3 574 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 759 yeni halı qeydə alındı, 3 574 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 3 759 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 139 343 halı təsdiq olunub. Buradan  117 560 vətəndaş sağalıb. O cümlədən bu gün 3 574 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 36 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 1 303-ə çatdı.

Karantin rejimində 1 978 vətəndaş, stasionarda müşahində altında 6 366 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 708 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.