Gürcüstanda koronavirusun 298 yeni halı qeydə alındı
Gürcüstanda koronavirusun 298 yeni halı qeydə alındı

Gürcüstanda koronavirusun 298 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 5 552 halı təsdiq olunub. Buradan 1 906 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirusdan 28 pasiyent vəfat edib.

Karantin rejimində 5 650 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 800 insan qalmaqdadır.

Dünən, 27 sentyabrda Gürcüstanda koronavirusun 294 yeni halı aşkar edildi.