Gürcüstanda koronavirusun 218 yeni halı qeydə alındı, iki pasiyent vəfat etdi
Gürcüstanda koronavirusun 218 yeni halı qeydə alındı, iki pasiyent vəfat etdi

Gürcüstanda koronavirusun 218 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 3 913 halı təsdiq olunub. Buradan 1 574 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirusdan 22 pasiyent vəfat edib.

Karantin rejimində 4 988 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 193 halı qeydə alındı.