Gürcüstanda koronavirusun 2 262 yeni halı qeydə alındı, 2 795 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 262 yeni halı qeydə alındı, 2 795 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 2 262 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 575 210 halı təsdiq olunub. Buradan 534 559 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 795 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 54 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 8 089-a çatdı.

Cəmi peyvənd edildi 1 433 296 insan, bir gündə 24 325 insan. Karantin rejimində 84 vətəndaş, stasionarda müşahində altında 6 327 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 918 insan qalmaqdadır.

Bununla yanaşı, 9 sentyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 2 455 halı qeydə alındı, 4 427 pasiyent müalicə olunaraq sağaldı.