Gürcüstanda koronavirusun 147 yeni halı qeydə alındı, 607 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 147 yeni halı qeydə alındı, 607 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 147 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 268 502 halı təsdiq olunub. Buradan 262 244 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 607 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 12 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 447-ə çatdı.

Karantin rejimində 318 vətəndaş, stasionarda müşahində altında 1 713 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 207 insan qalmaqdadır.

21 fevral göstəriciləri ilə, Gürcüstanda koronavirusun 258 yeni halı aşkar edildi, 571 insan müalicə olunaraq sağaldı.