Gürcüstanda koronavirusun 14 yeni halı qeydə alındı, 44 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 14 yeni halı qeydə alındı, 44 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 14 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 264  halı təsdiq olunub. Buradan 1 054 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.

Karantin rejimində 6 930 vətəndaş, stasionarda müşahində altında 263 vətəndaşdır.