Gürcüstanda koronavirusun 1 550 yeni halı qeydə alındı, 494 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 550 yeni halı qeydə alındı, 494 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 1 550 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 249 465 halı təsdiq olunub. Buradan 235 130 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 494 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 15 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 973-ə çatdı.

Karantin rejimində 472 vətəndaş, stasionarda müşahində altında 3 656 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 563 insan qalmaqdadır.

18 yanvar göstəricilərilə, Gürcüstanda koronavirusun 110 yeni halı aşkar edildi, 1 643 insan müalicə olunaraq sağaldı.

Şərh yaz