Gürcüstanda koronavirusun 1 192 yeni halı qeydə alındı, 233 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 192 yeni halı qeydə alındı, 233 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 1 192 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 17 477 halı təsdiq olunub. Buradan 8 060 vətəndaş sağalıb.

Gürcüstanda koronavirusdan daha səkkiz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 136-a çatdı.

Karantin rejimində 6 300 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 1 388 insan qalmaqdadır.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 948 yeni halı aşkar edildi, 246 pasiyent müalicə olunaraq sağaldı.

Şərh yaz