Gürcüstanda koronavirusdan səkkiz pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan səkkiz pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan səkkiz pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 201-i təşkil edir.

Bu gün virusa yoluxmanın 1 928 yeni halı aşkar edildi və 604 pasiyent müalicə olunaraq sağaldı.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 941 yeni halı aşkar edildi, on pasiyent vəfat etdi.