Gürcüstanda koronavirusdan 36 pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan 36 pasiyent vəfat etdi

Gürcüstanda koronavirusdan 36 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 1 012-ni təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 958 halı qeydə alındı. Ölkədə bu vaxt üçün koronavirusun 108 690 halı təsdiq olunub.

3 531 pasiyent müalicə onuraq sağaldı və ümumilikdə sağalanların sayı 89 170-i təşkil edir.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusdan 49 pasiyent vəfat etdi.