Gürcüstanda koronavirusdan 32-ci pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan 32-ci pasiyent vəfat etdi

Gürcüstanda koronavirusdan daha bir pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusudan 32 pasiyent vəfat edib, 5 552 halı təsdiq olunub, 1 906 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Karantin rejimində 5 637 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.