Gürcüstanda koronavirusdan 23 pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan 23 pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 23 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 238-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusun 1 824 yeni halı aşkar edildi, 1 262 pasiyen sağaldı.

Karantin rejimində 3 769 vətəndaş, stasionarda müşahində altında 3 832 vətəndaşdır. Kovid-mehmanxanalarda 2 249 insan qalmaqdadır. Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Şərh yaz