Gürcüstanda koronavirusdan 20-ci pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan 20-ci pasiyent vəfat etdi

Gürcüstanda koronavirusdan 20-ci pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 3 695 halı təsdiq olunub. Buradan 1 534 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Karantin rejimində 4 988  vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.