Gürcüstanda koronavirusa yoluxanların sayı 174-ə qədər artdı
Gürcüstanda koronavirusa yoluxanların sayı 174-ə qədər artdı

Gürcüstanda koronavirusun daha dörd yeni halı qeydə alındı, – bu barədə Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiya bəyan etdi.

Müvafiq olaraq, Gürcüstanda koronavirusa yoluxanların sayı 174-ə qədər artdı.

“Bu gün klinikamızda 15 pasientə test edildi, buradan dördünün cavabı müsbət çıxdı”, – Ezuqbaiya bəyan etdi.

Ezuqbaiyanın bəyan etdiyinə görə, əlavə beş pasientin analizi alınıbdır və cavab sabah məlum olacaq.

Gürcüstanda virusa yoluxan 174 haldan 39 pasient müalicə olunub.