Gürcüstanda koronavirusa 4 212  yeni yoluxma halı qeydə alınıb, 1982  nəfər sağalıb
Gürcüstanda koronavirusa 4 212  yeni yoluxma halı qeydə alınıb, 1982  nəfər sağalıb

Gürcüstanda koronavirusa 4 212  yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat  yenilənib.

Ölkədə son 24 saatda 1982  nəfər sağalıb. Son bir sutkada  38  pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 52 620  ədəd  test aparılıb, onlardan  32 545-i antigen sürətli testi, 20 075-i isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  8 %, son 14 günün-  7.21%, son 7 günün isə 8.57 %.

Gürcüstanda koronavirusa   ümumilikdə 649 407 yoluxma halı təsdiqlənib, onlardan  607 563  nəfər sağalıb, 9 370 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 1 895 771  nəfər peyvənd olunub, günlük  6 110  insan peyvənd olunub.

61 nəfər karantin rejimindədir, 4894 nəfər stasionar şəraitdə nəzarət altındadır, 889 nəfər kliniki-mehmanxanadadır.

Bununla yanaşı, oktyabrın 13-də, Gürcüstanda koronavirusa 4 837 yeni yoluxma halı qeydə alınıb, 1586 nəfər sağalıb.