Gürcüstanda koronavirusa  3 yeni yoluxma halı qeydə alınıb,13 pasiyent isə sağalıb
Gürcüstanda koronavirusa  3 yeni yoluxma halı qeydə alınıb,13 pasiyent isə sağalıb

 

Gürcüstanda koronavirusa  3  yeni  yoluxma halı qeydə alınıb.Bu barədə məlumat  hökumətin xüsusi veb-səhifəsində  ,stopcov.ge-də  bir az bundan əvvəl yenilənib.

Veb səhifədəki məlumata görə, bu vaxt üçün Gürcüstanda  koronavirusa  808 yoluxma halı təsdiqlənib,daha  13   pasiyent sağalıb və bununla da sağalananların ümumi sayı  663-ə  yüksəlib.

Bununla yanaşı , xaricdən 3 Gürcüstan  vətəndaşı ölkəyə müalicə edilmək məqsədi  ilə gətirilib.Koronavirus səbəbi ilə ölkədə 13 pasiyent  dünyasını  dəyişib. 2955 nəfər karantin rejimindədir, 276  nəfər isə stasionarda müşahidə altındadır.

Hazırladı-Sevinc Mustafayeva