Gürcüstanda koronavirusa 160 yeni yoluxma halı qeydə alınıb, 409 nəfər isə sağalıb
Gürcüstanda koronavirusa 160 yeni yoluxma halı qeydə alınıb, 409 nəfər isə sağalıb

 

Gürcüstanda koronavirusa 160  yeni yoluxma halı qeydə alınıb.Bu barədə hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də məlumat bir az bundan əvvəl yenilənib. Bununla yanaşı, son 24 saatda ölkədə 409   nəfər sağalıb, 10  pasiyent isə dünyasını dəyişib.

Pandemiyanın başlamasından bu vaxtadək   Gürcüstanda 270 918 hal təsdiqlənib, sağalananların ümumi sayı 265 523-ü , dünyasını dyişənlərin ümumi sayı isə 3 520-ni təşkil edir.  

 Son 24 saatda ölkədə 17  min 947  ədəd test aparılıb, onlardan 13 244-ü  antigen sürətli testi, 4 703-ü   isə PCR test olub.

253 nəfər karantin rejimindədir, 1510 nəfər stasionarda müşahidə altındadır, 154 nəfər isə kliniki-mehmanxanadadır.

 

Müəllif-Sevinc Mustafayeva