Gürcüstanda koronavirus hallarının sayı 218-ə qədər artdı, onlar arasında 50 pasiyent sağaldı
Gürcüstanda koronavirus hallarının sayı 218-ə qədər artdı, onlar arasında 50 pasiyent sağaldı

Gürcüstanda koronavirusun dörd yeni halı təsdiq olundu.  Bu barədə məlumat hökumət tərəfindən yaradılan xüsusi vebsəhifədə, stopcov.ge-də az öncə yeniləşdirildi.

Vebsəhifənin məlumatına gör, bu vaxt üçün Gürcüstanda koronavirusun 218 halı təsdiq olunub, onlar arasında 50 pasiyent sağalıb.

Koronavirus nəticəsində, ölkədə üç insan dünyasını dəyişib.

Karantin rejimində 4722 insan qalmaqdadır, stasionarda müşahidə altında – 408 insan.