Gürcüstanda karantin müddəti səkkiz günə qədər azaldılır
Gürcüstanda karantin müddəti səkkiz günə qədər azaldılır

Gürcüstanda karantin müddəti səkkiz günə qədər azaldılır. Bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya idarələrarası koordinasiya şurasının iclası başa çatdıqdan sonra bəyan etdi.

Elə onun açıqlamasına görə, səkkiz günlük karantindən sonra şəxsə “PCR” test ediləcək və mənfi cavab nəticəsində, doqquzuncu günü karantini tərk edəcək. Lakin, vətəndaşın öhdəliyi olacaq ki, təkrar testi 12-ci günü etsin.

“Karantin tələbi 14 gün əvəzinə səkkiz gün olacaq. Azaldırıq ki, vətəndaşlarımız və o cümlədən qonaqlarımızın narahatlığını yüngülləşdirək. Səkkiz gündən sonra “PCR” test ediləcək. Doqquzuncu günü, mənfi cavab təqdirində, karantin məkanını tərk edəcəklər. Lakin, vətəndaşın öhdəliyi olacaq ki, təkrar testi 12-ci günü etsin”, – Qaxariya bəyan etdi.