Gürcüstanda illik gəliri milyondan artıq olan şəxslərin sayı artıb
Gürcüstanda illik gəliri milyondan artıq olan şəxslərin sayı artıb

Gürcüstanda illik gəliri milyondan artıq olan şəxslərin sayı artıb.

Gürcüstanın Birinci Kanalının “Biznes partnyor” adlı proqramının Gəlirlər Xidmətindən aldığı məlumata görə, 2018-ci ildə, Gürcüstanda 323 fiziki şəxsin gəliri 1 milyon laridən artıqdır.

Qeyd edilməlidir ki, söhbət sadəcə maaş gəlirlərindən gedir.

Ancaq bu şəxslərin kim olduqları açıqlanmır.

İstisna sadəcə aksiyalarının London birjasında yerlədiyi şirkətlərin rəhbərlərinin göstəriciləridir.

Məsələn, keçən il, TBC Bankın baş direktoru Vaxtanq Butsxrikidzeni illik gəliri 3.3 milyon dollar təşkil edirdi. Oradan 454 min dollar onun illik maaşıdır.

Onun müavini olan Giorgi Şagidzenin illik gəliri 1.71 milyon dollar idi. 227 000  dollar isə,  illik maaşdır.