Gürcüstanda qrip virusu ilə xəstələnmə göstəricisi azalıb
Gürcüstanda qrip virusu ilə xəstələnmə göstəricisi azalıb

Gürcüstanda qrip virusu ilə xəstələnmə göstəricisi bir neçə gün ərzində azalıb, – bu barədə məlumatı Gürcüstan Səhiyyə Nazirliyi yayır.

İdarənin məlumatına görə, əgər buna gərə 10 min vətəndaşdan H1N1 virusu ilə 256 insan xəstələnmişdisə, indi bu göstərici 253-dür. Nazirlikdə həmçinin bəyan edirlər ki, təcili tibbi yardımın çağırılması halları bütün ölkə miqyası ilə azalıb.

Hazırkı göstəricilərlə zənglərin sayı bölgələrdə 600, Tbilisidə isə, 500 ilə azalıb.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, qrip virusu ilə ölkədə təxminən cəmi 9 000 vətəndaş yoluxub. Onlarda 42 vətəndaşın durumu ağırdır.

Gürcüstan Səhiyyə Nazirliyi iki gün bundan əvvəl “Tamiflu” preparatının pulsuz paylanılmasına başladı. Bu vaxta qədər 700-dən artıq “Tamiflu” paylanıb.

“Tamiflu” preparatının yeni partiyası ölkəyə bir neçə günə daxil olacaq.