Gürcüstanda fövqəladə vəziyyət mayın 10-na qədər uzadıldı
Gürcüstanda fövqəladə vəziyyət mayın 10-na qədər uzadıldı

Gürcüstan iqtidarı prezidentə müraciət edir ki, parlamentə, bütün ölkə miqyasında, fövqəladə vəziyyətin mayın 10-na qədər uzadılması ilə bağlı müraciət etsin.

Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria iqtidar administrasiyasında keçirilən fövqəladə brifinqdə verdi.

Baş nazir vətəndaşlara müraciət etdi ki, yaranan vəziyyətə məsuliyyətlə və anlayışla yanaşsınlar.

“Baxmayaraq ki, bu məhdudiyyətlər gündəlik həyatımız üçün böyük diskomfort yaradır, həmçinin ölkə iqtisadiyyatına, biznesə, şirkətlərə böyük zərər verir, hər birimiz bu vəziyyətə məsuliyyətlə və anlayışla yanaşmalıyıq.

Təəssüf ki, Gücüstanda ilk dəfə, bir gündə infeksiyaya yoluxmanın 30 halının qeydə alınması faktı müşahidə olunur və demək olar ki, artıq virusun ölkə daxilində geniş miqyaslı yayılması mərhələsinə keçdik” – dedi baş nazir.