Gürcüstanda fövqəladə vəziyyət 22 mayda ləğv olunur
Gürcüstanda fövqəladə vəziyyət 22 mayda ləğv olunur

Gürcüstanın baş naziri, Giorgi Qaxariya bəyan edir ki, fövqəladə vəziyyət 22 mayda ləğv olunur.

Giorgi Qaxariyanın bəyan etdiyinə görə, fövqəladə vəziyyətin uzadılması tələbi ilə hökumət prezidentə artıq müraciət etməyəcək.

“Gürcüstan hökuməti epidemioloji durumun dərin analizindən sonra qərar qəbul etdi ki, 22 maydan sonra prezidentə və müvafiq olaraq, Parlamentə fövqəladə vəziyyətin uzadılması tələbi ilə müraciət etməsin.

Gürcüstanda fövqəladə vəziyyət 21 martda elan edildi, sonra bir dəfə vaxtı uzadıldı və bu gün biz qərar qəbul etdik ki, fövqəladə vəziyyətin uzadılması tələbi ilə Gürcüstan hökuməti Parlamentə müraciət etməyəcək. Lakin xüsusilə qeyd etmək istəyirəm ki, bu demək deyil məhdudiyyətlər tamamilə ləğv olunur. Məhdudiyyətlərin bir hissəsi qalacaq”, – Giorgi Qaxariya bəyan etdi.

Şərh yaz