Gürcüstanda buster ( qüvvətləndirici) dozanın vurulma müddəti altı aydan beş aya azaldılıb
Gürcüstanda buster ( qüvvətləndirici) dozanın vurulma müddəti altı aydan beş aya azaldılıb

 

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradzenin əmri əsasında, Gürcüstanda buster ( qüvvətləndirici) dozanın vurulma müddəti altı aydan beş aya azaldılıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayır.

Qurumdan verilən məlumata görə, PfaizerBioNTech buster dozası ilə peyvəndləmə ilkin kursun başa çatmasından minimum 5 aylıq intervalla həyata keçirilməldir. Bu isə ikinci dozanın vurulması tarixindən hesablanır.

Qüvvətləndirci doza olaraq eyni və ya fərqli peyvənd istifadə edilə bilər.

Covid-19 əleyhinə inaktivləşdirilmiş vaksinlərlə (Sinovac, Sinopharm) ilə peyvənd edilmiş şəxslər üçün peyvəndləmənin ilkin kursunun başa çatmasından sonra 3 ay fasilə ilə buster doza vurulmalıdır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Covid-19 əleyhinə PfaizerBioNTech peyvəndinin ikinci dozası 12-15 yaş arası yeniyetmələrə birinci dozanın vurulmasından 3-12 həftəlik intervalla vurulmalıdır.

“COVID-19-a qarşı peyvəndləmə infeksiyadan qorunmağın effektiv və təhlükəsiz yoludur. ÜST , ictimai səhiyyə agentlikləri və peşəkar həkimlər COVID-19-a qarşı peyvənd olmağı məsləhət görürlər” – deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.