Gürcüstanda beynəlxalq səyahətçilərin sayı bu il 9.3 milyonu aşdı
Gürcüstanda beynəlxalq səyahətçilərin sayı bu il 9.3 milyonu aşdı

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm Administrasiyasının rəhbəri, Mariyam Kvrivişvili 2019-cu ilin hesabatını təqdim etdi.

Tədbirdə Gürcüstanın Baş naziri Giorgi Qaxariya, İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava, müxtəlif dövlət qurumlarının, özəl sektorun, diplomatik korpusun, donor təşkilatlarının və medianın nümayəndələri iştirak edirdilər.

Tədbirdə Mariyam Kvrivişvili administrasiyanın həyata keçirdiyi layihələri cəmləşdirdi.

2019-cu ildə ilk dəfə, Gürcüstan tarixində doqquz milyondan artıq beynəlxalq səfər baş tutdu. Gürcüstanda 2019-cu il 27 dekabrın daxil olması ilə, beynəlxalq səyahətçilərin sayı 9.3 milyonu aşdı. Qeyd olunan göstəricilər keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.1 faiz ilə artıqdır.