Gürcüstanda 4534 yeni koronavirusa yoluxma halı aşkarlanıb
Gürcüstanda 4534 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Gürcüstanda 4534 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Ölkədə son 24 saat ərzində 3742 nəfər sağalıb. Son sutka ərzində 74 nəfər koronavirusdan dünyasını dəyişib.

stopcov.ge-nin məlumatına görə, son 24 saat ərzində ölkədə 51 756 test, o cümlədən 30 538 sürətli antigen testi, 21 218 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 8,76%, son 14 gündə – 9,06%, son 7 gündə – 9,13%.

Gürcüstanda ümumilikdə 831 248 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 772 301 nəfər sağalıb, 11 810 nəfər vəfat esib.

Gündəlik 10 194 peyvənd olmaqla ümumilikdə 2 133 935 peyvənd edilib.

58 nəfər karantin rejimində, 6574 nəfər xəstəxanada, 1166 nəfər kliniki mehmanxanada müşahidə altındadır.

Eyni zamanda, noyabrın 25-nə Gürcüstanda 4331 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 4804 xəstə sağalıb, 57 nəfər vəfat edib.