Gürcüstanda 4 331 yeni koronavirusa yoluxma halı aşkarlanıb
Gürcüstanda 4 331 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Gürcüstanda 4331 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Ölkədə son 24 saat ərzində 4804 nəfər sağalıb. Son sutka ərzində 57 nəfər koronavirusdan dünyasını dəyişib.

stopcov.ge-nin məlumatına görə, son 24 saat ərzində ölkədə 52 987 test, o cümlədən 32 808 sürətli antigen testi, 20 179 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 8,17%, son 14 gündə – 9,06%, son 7 gündə – 9,06%.

Gürcüstanda ümumilikdə 826 714 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 768 559 nəfər sağalıb, 11 736 nəfər vəfat edib.

49 nəfər karantində, 6523 nəfər xəstəxanada, 1148 nəfər kliniki mehmanxanada müşahidə altındadır.

Eyni zamanda, noyabrın 24-nə Gürcüstanda 3201 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 4098 xəstə sağalıb, 64 nəfər vəfat edib.