Gürcüstanda 23-25 yanvarda qar gözlənilir
Gürcüstanda 23-25 yanvarda qar gözlənilir

Yanvarın 23-dən Gürcüstanda havaların pisləşməsi gözlənilir, – bu barədə Ətraf Mühitin Milli Agentliyinin bəyanatında deyilir.

“23 yanvardan 25 yanvara qədər Gürcüstanda əksər hallarda qar şəklində yağışlar, dağ və yüksək dağlıq yerlərdə bəzən güclü yağışlar, sis-duman; vaxtaşırı qərb istiqamətli güclü külək gözlənilir”, – Ətraf Mühitin Milli Agentliyində bəyan edirlər.

Elə onların bəyan etdiyinə görə, dənizdə 4-5 ballıq fırtına mümkündür.