Gürcüstana Yens Stoltenberq bu gün gələcək
Gürcüstana Yens Stoltenberq bu gün gələcək

Gürcüstana NATO-nun baş katibi, Yens Stoltenberq bu gün gələcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Yens Stoltenberq rəsmi görüşlərə sabah başlayacaq.

Martın 25-də, NATO-nun baş katibi hökumət administrasiyasında Gürcüstanın baş naziri, Mamuka Baxtadze ilə görüşəcək.

Həmçinin onun Gürcüstan prezidenti Salome Zurabişvili və Parlamentin sədri İrakli Kobaxidze ilə görüşləri planlaşdırılıb.

Səfər çərçivəsində, Yens Stoltenberq “NATO-Gürcüstanın birgə hərbi təlimləri və dəyərləndirmə mərkəzini (JTEC) ziyarət edəcək.