Gürcüstana rəsmi səfərlə Ermənistanın baş naziri gələcək
Gürcüstana rəsmi səfərlə Ermənistanın baş naziri gələcək

Gürcüstana bu gün rəsmi səfərlə Ermənistan Respublikasının baş naziri, Nikol Paşinyan gələcək.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında rəsmi qarşılama mərasimi keçiriləcək.

Elə onların məlumatına görə, Paşinyana Gürcüstanın baş naziri, Giorgi Qaxariya ev sahibliyi edəcək. Gürcüstan və Ermənistan baş nazirləri arasında təkbətək və genişləndirilmiş formatda görüşlər keçiriləcək. Bundan sonra Giorgi Qaxariya və Nikol Paşinyan media üçün bəyanatlar verəcəklər.

Rəsmi səfər çərçivəsində, Ermənistan Respublikasının baş naziri Gürcüstan prezidenti, Salome Zurabişvili və Parlamentin sədri, Arçil Talakvadze ilə görüş keçirəcək.

Nikol Paşinyanın rəsmi səfəri Gürcüstanda sabah başa çatacaq.