Gürcüstana rəsmi səfərlə Almaniya prezidenti Frank Valter Ştaynmayer bu gün gələcək
Gürcüstana rəsmi səfərlə Almaniya prezidenti Frank Valter Ştaynmayer bu gün gələcək

Almaniya Federativ Respublikasının prezidenti, Frank Valter Ştaynmayer həyat yoldaşı, Elke Büdenbender ilə birlikdə bu gün səfər edəcək.

Almaniya Federativ Respublikasının prezidentinin rəsmi qarşılama mərasimi Prezident Sarayında keçiriləcək. Burada prezidentlər təkbətək və genişləndirilmiş formatda görüşlər keçirəcəklər.

Gürcüstan və Almaniya prezidentləri media üçün birgə bəyanatlar verəcəklər.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, rəsmi səfər çərçivəsində, Frank Valter Ştaynmayer Gürcüstanın baş naziri, Parlamentin sədri, Katalikos Patriarx və həmçinin biznesmenlər ilə görüşəcək.

Rəsmi səfərin mədəni proqramı çərçivəsində, Frank Valter Ştaynmayer Alaverdi monatrını və Çar Erekle muzeyini gözdən keçirəcək.