Gürcüstana bu gün ATƏT-in baş katibi gələcək
Gürcüstana bu gün ATƏT-in baş katibi gələcək

Gürcüstana bu gün rəsmi səfərlə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi, Helqa Mariya Şmid gələcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ikigünlük səfər çərçivəsində, ATƏT-in baş katibi Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili, Parlamentin sədri Kaxa Kuçava, baş nazirin müavini, Xarici İşlər Naziri David Zalkaliani və barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani ilə görüşlər keçirəcək.

Gürcüstanda olduğu dövrdə Helqa Şmid işğal xətti yaxınlığında yerləşən Erqneti kəndinə ziyarət edəcək və insidentlərin prevensiyası və onlara münasibət mexanizmləri (IPRM) gprüşündə iştirak edəcək. O, həmçinin  işğal xətti yaxınlığında yerləşən Sisaqiantkarı kəndində su təminatı layihəsinin inuqurasiya mərasiminda iştirak edəcək.