Gürcüstan Xarici İşlər Nazirliyində Cenevrə danışıqları həmsədrləri ilə hazırlıq görüşü keçirildi
Gürcüstan Xarici İşlər Nazirliyində Cenevrə danışıqları həmsədrləri ilə hazırlıq görüşü keçirildi

Gürcüstan Xarici İşlər Nazirliyində Cenevrə danışıqları həmsədrləri ilə 50-ci raundun hazırlıq görüşü keçirildi.

Görüşə gürcü tərəfindən Xairici İşlər nazirinin müavini, Laşa Darsaliya rəhbərlik edirdi.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətində bəyan edirlər ki, nazir müavini işğal rejimi tərəfindən tanınmış həkim, Vaja Qaprindaşvilinin həbs olunmasına xüsusi diqqət yetirdi və həmsədrlərə müraciət etdi ki, onun dönmədən azad olunması üçün bütün vasitələrədən istifadə etsinlər.

Laşa Darsaliya qeyd etdi ki, Axalqoridə yaşayan Marqo Martiaşvilinin vəfat etməsi  işğal xəttinin bağlanılması nəticəsində Sxinvali bölgəsində yaranan ağır humanitar durumu açıqca təsdiq edir.

Gürcü tərəfi Çorçana kəndi ərazisində işğal qüvvələrinin qanunsuz və destruktiv hərəkətlərini bir daha irəli sürdü. Söhbət qanunsuz yaxalama və qaçırma hallarına aid oldu.

Çoxalmış təxribatlar fonunda, Qali və Erqnetidə insidentlərin prevensiyası və onlara münasibət mexanizmləri görüşlərinin bərpasi vacibliyi xüsusilə qeyd edildi.

Cenevrə danışıqlarının 50-ci raundu 2019-cu il 10-11 dekabrda keçiriləcək.

Şərh yaz