Gürcüstan Xarici İşlər Nazirliyi - Ukrayna səfiri Mixeil Saakaşvilinin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün dövlət tərəfindən atılan addımlar barədə bir daha məlumatlandırılıb
Gürcüstan Xarici İşlər Nazirliyi - Ukrayna səfiri Mixeil Saakaşvilinin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün dövlət tərəfindən atılan addımlar barədə bir daha məlumatlandırılıb

Gürcüstan Xarici İşlər Nazirliyində nazir müavini Teymuraz Cancalia Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovla görüşüb.

Görüşdə Ukrayna vətəndaşı Mixeil Saakaşvili ilə bağlı vəziyyət və Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanat müzakirə olunub.

Ukrayna səfiri Mixeil Saakaşvilinin sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən atılan addımlar barədə bir daha məlumatlandırılıb və qeyd olunub ki, Ukrayna tərəfi Gürcüstanın Ukraynadakı səfirliyindən və öz ölkəsindən Mixeil Saakaşviliyə aid istənilən məsələ ilə bağlı hərtərəfli məlumat almaq imkanına malikdir.

Müvafiq olaraq, Gürcüstan tərəfi ümidvar olduğunu bildirib ki, bu, Gürcüstan qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğun olaraq həyata keçirilən Mixail Saakaşvilinin hüquqlarının müdafiəsi ilə bağlı tərəfdaş dövlət tərəfindən artıq əlavə suallar doğurmur.

Görüşdə Gürcüstan-Ukrayna strateji tərəfdaşlığı bir daha təsdiqləndi və qanunvericiliyə, dövlət institutlarına və ədliyyə sisteminə qarşılıqlı hörmətin vacibliyi vurğulandı.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.