Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya-Gürcüstanın 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayır
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya-Gürcüstanın 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayır

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya-Gürcüstanın 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayır.

“11 il bundan əvvəl həyata keçirilmiş hərbi aqressiya suveren dövlətin sərhədlərinin güc yolu ilə dəyişməsi cəhdini təşkil edirdi.

Rusiya Federasiyası hələ də, Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il avqustun 12-də atəşkəs barəsində imzalanan razılaşmanı yerinə yetirməyib. Moskva yerində qeyri qanuni hərbi mövcudluğunu daha da gücləndirir.

Bununla yanaşı, Gürcüstanın Abxaziya və Sxinvali bölgələrinin de-fakto aneksiyası istiqaməti ilə, addımlar atır, paralel olaraq çalışır ki, işğal olunmuş ərazidə yaşayan əhalini başqa Gürcüstandan təcrid etsin. Bu məqsədlə Rusiya Federasiyası işğal xəttində tikanlı məftillərin qurulmasını məqsədyönlü davam etdirir.

Abxaziya və Sxinvali bölgələrində qalmış gürcü əhalisinin milli əlamətlə diskriminasiyası, o cümlədən ana dilində təhsilin qadağan edilməsi və ləyaqətin taptalanması narahatedicidir.

Etnik zəmnində işğəncə və qətl halları daha da həyacandoğurucudur. Bu fonda, daha da aydındır ki, işğal olunmuş bölgələrə Avropa İttifaqının müşahidəçilər missiyası daxil olmalıdır.

Mövcud çağırışlara cavab olaraq, Gürcüstan hökuməti Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həll olunması siyasətinə yönəlməsini davam etdirir. Gürcüstan 2008-ci il avqustun 12-də atəşkəs barəsində imzalanan razılaşmanı tamamilə yerinə yetirib.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı qeyd olunan razılaşmanın yerinə yetirilməsinə doğru çağırır”, – bəyanatda deyilir.