Gürcüstan vətəndaşlarının qaytarılması üçün iyulda aviareyslər Varşava, Barselona, Roma, Paris və Afinadan yerinə yetiriləcək
Gürcüstan vətəndaşlarının qaytarılması üçün iyulda aviareyslər Varşava, Barselona, Roma, Paris və Afinadan yerinə yetiriləcək

İdarələrarası koordinasiya şurasının bu günki iclasında razılaşdırıldı ki, xaricdə olan Gürcüstan vətəndaşlarının vətənə iyul ayı ərzində qaytarılması məqsədi ilə uçuşları “Wizzair” və “Myway Airlines” avişirkətləri həyata keçirəcəklər.

Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, reyslər qarşıdakı cədvəllə yerinə yetiriləcək: 13 iyul – Varşava, 15 iyul – Barselona, ​​17 iyul – Roma, 22 iyul – Paris, 28 iyul – Afina.

Qeyd olunan reyslərə biletlər Gürcüstan vətəndaşları üçün 200 avrodan artıq olmayacaq.

“Qeyd olunasıdır ki, Gürcüstana qayıdan vətəndaşlar üçün 14 günlük karantin proseduru yenə də məcburidir”, – məlumatda deyilir.

Bununla yanaşı, açıqlanıb ki, daxili turizmin inkişafı üçün, idarələrarası koordinasiya şurasının qərarı ilə, yaxın gələcəkdə daxili aviareyslər bərpa olunacaq.