Gürcüstan vətəndaşları üçün komunal yardım proqramı qış aylarında davam edəcək
Gürcüstan vətəndaşları üçün komunal yardım proqramı qış aylarında davam edəcək

Gürcüstan iqtidarının qərarı ilə, vətəndaşlar üçün komunal yardım proqramı qış aylarında davam edəcək.

Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

“Vətəndaşlarımızın ailə gəlirlərinin azaldığı və bəziləri iş yerlərini itirdiyinə görə, iqtidar qərar verdi ki, komunal yardım proqramı gələcək qış aylarında da, dörd ay davam etsin.

Saatda 200 kilovat və 200 kubmetr elektrik enerji və təbii qazdan artıq xərcləməyən vətəndaşlar, kommunal vergilər ödəməyəcəklər. İmkanı olan vətəndaşlar yəqin ki, bu yardımdan imtina edərlər” – dedi Giorgi Qaxaria.