Gürcüstan vətəndaşları bu gün xüsusi resylə Gürcüstana qayıdacaqlar
Gürcüstan vətəndaşları bu gün xüsusi resylə Gürcüstana qayıdacaqlar

Gürcüstan hakimiyyəti xaricdə olan vətəndaşlarının vətənə mərhələ şəklində qaytarılması prosesini davam etdirir. Bu gün planlı resylər çəçivəsində Roma-Tbilisi reysi yerinə yetiriləcək. Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, sərnişinlər arasında yeniyetmələr, yaşlılar, hamilə qadınlar, tələbələr, MİM şəxslər, onkoloji pasiyentlər, xroniki xəstəlikləri olan şəxslər var. Həmçinin, bu reys vasitəsi ilə, vətənə 11 gürcü dənizçisi qayıdacaq.

XİN-də bəyan edirlər ki, qeyd olunan reyslə həmçinin tibbi reanomobili lazım olan ağır pasiyen qayıdır. Gürcüstan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə, onun aeroportda qarşılanması və müvafiq tibb müəssisəsinə yerləşdirilməsi baş verəcək.

“Koordinasiya Şurası ilə müəyyən edilmiş aviareyslər çərçivəsində, vətənə artıq Avropanın müxtəlif şəhərlərindən reyslər yerinə yetirildi. O cümlədən Varşava, Berlin, Vyana, London, Afina, Larnaka, Amsterdam, Pekin, Roma, Paris, Tel-Aviv və ABŞ-dan.

21 aprel göstəriciləri ilə, Gürcüstan diplomatik nümayindəlikləri yerində 9 474 vətəndaşa yardım göstərdilər, vətənə isə – 6 934 vətəndaş qaytarılıb”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Koordinasiya Şurasının tapşırığı ilə Avropadan Gürcüstan istiqamətinə aviareysləri „Georgian Airways“ şirkəti həyata keçirir. Şuranın göstərişi ilə, bütün bu cür reyslərin qiyməti 199 avrodur.

Qeyd olunan resylər Dünya Səhiyyə Təşkilatının qaydalarının tam müdafiəsi ilə həyata keçirilir və Gürcüstana qayıdan hər bir vətəndaş 14 günlük karantindən keçəcək.