Gürcüstan və Ukrayna "qanuni oğrular" və narkocinayətlə birgə mübarizəyə razılaşdılar (video)

Gürcüstan və Ukrayna “qanuni oğrular” və narkocinayətlə birgə mübarizəyə razılaşdılar. Bu barədə qərarı Gürcüstan və Ukrayna Daxili İşlər nazirləri Kiyevdə baş tutan görüşü zamanı qəbul etdilər. Məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayır.

Arsen Avakovun bəyan etdiyinə görə, cinayətkarların identifikasiyası, məlumatın operativ mübadiləsi və qanuni oğrular əsas problem olaraq qalır.

“Bəzən yaxalanmış şəxs barəsində məlumatı Gürcüstandan uzun müddət ərzində ala bilmirdik. Biz bilirdik ki, kriminal avtoriteti yaxalamışıq, lakin Gürcüstandan bunun təsdiqi baş vermirdi”, – Arsen Avakov bəyan etdi.

Avakov və Qaxariyanın görüşündə narkocinayətlə mübarizə mövzusu da müzakirə olundu. Ukrayna Daxili İşlər nazirinin məlumatına görə, Giorgi Qaxariya Ukraynalı həmkarları ilə əməkdaşlıq arzusunda olduğunu ifadə etdi.

“Sizin kibercinayətlə mübarizə departamenti Avropada ən yaxşısıdır. Biz sizin zabitinizin təcrübəsi ilə paylaşmaq məqsədi ilə, Gürcüstana gəlməsini istəyirik”, – Giorgi Qaxariya bəyan etdi.