Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiya komisiyasının iclası Bakıda bugün davam edəcək
Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiya komisiyasının iclası Bakıda bugün davam edəcək

Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiya komisiyasının iclası Bakıda bugün davam edəcək.

Komisiya iclası iki ölkənin Xarici İşlər Nazirlərinin müavinləri Laşa Darsalia və Xələf Xələfovun rəhbərliyi ilə keçiriləcək.

Sosiyal şəbəkədə yayılan kadrlarla bağlı, hansında görünür ki, Azərbaycan tərəfində, Davit Qareci ərazisinə ağır texnika gətirilib və Azərbaycan tərəfindən nəyin gözləndiyi ilə bağlı suallara Laşa Darsalia cavab verdi ki, gözləntilər haqqında danışmaq üçün hələ tezdir.

“Görüşlər başa çatandan sonra konkret cavab verəcəyik. Danışıqların əsas istiqaməti razılığa nail ola bilmədiyimiz ərazidir. Ərazidə ağır texnikanın yerləşdirilib-yerləşdirilmədiyi ilə bağlı məlumatın doğru olub-olmadığı da bugün məlum olacaq. Görək, hansı detallar müəyyənləşdiriləcək və ondan irəli gələrək, ölkəmizin maraqlarını qoruyacağıq” – dedi Laşa Darsalia.