Gürcüstan və Azərbaycan arasında gediş-gəliş bir tək Laqodexi və Qırmızı Körpü sərhəd-buraxılış məntəqələri ilə mümkündür
Gürcüstan və Azərbaycan arasında gediş-gəliş bir tək Laqodexi və Qırmızı Körpü sərhəd-buraxılış məntəqələri ilə mümkündür

Gürcüstan və Azərbaycan hökumətləri tərəfindən verilmiş birgə qərar əsasında,bu gündən iki ölkə arasında gediş-gəliş sadəcə iki-Laqodexi və Qırmızı Körpü gömrük-sərhəd keçid məntəqələri vasitəsi ilə mümkün olacaq.

Bu barədə Hökumət Administrasiyasının məlumatında qeyd olunub.

Onların verdiyi məlumata əsasən, 14 martdan etibarən,hər iki tərəf üçün vətənlərinə geri qayıtmaq istəyən şəxslərin , öz vətəndaşlarının heç bir maneəçilik olmadan ölkəyə daxil olmasını təmin etməyi nəzərdə tutan müvəqqəti təyin olunmuş rejim dəyişməz olaraq qalır.

Məhdudiyyətlər yükdaşımalarına şamil olunmur.

 

Müəllif – Sevinc Mustafayeva