Gürcüstan və Avropa İttifaqının qapılarının açıq olduğu 13 ölkə - Avropa İttifaqı Şurası siyahıyı rəsmi olaraq, təsdiqlədi
Gürcüstan və Avropa İttifaqının qapılarının açıq olduğu 13 ölkə - Avropa İttifaqı Şurası siyahıyı rəsmi olaraq, təsdiqlədi

Avropa İttifaqı Şurası, Avropa İttifaqı ərazisinə iyulun birindən daxil ola biləcək ölkələrin siyahısını təsdiqlədi.

Siyahı Avropa İttifaqının rəsmi veb-səhifəsində yayıldı.

14 ölkə arasında Gürcüstan da var.

Avropa İttifaqının bəyanatında deyilir ki, qeyd olunan siyahı iki həftədən bir yenidən baxılacaq və vəziyyətə müvafiq olaraq, yeniləşdiriləcək.

Avropa İttifaqına daxil ola biləcək ölkələrin siyahısı belədir: Gürcüstan, Monteneqro, Serbiya, Kanada, Uruqvay, Əlcəzayır, Tunis, Maroko, Ruanda, Avstraliya, Zelandya, Yaponiya, Cənubi Koreya, Tayland.

Siyahıda 14-cü ölkə Çindir, ancaq Avropa İttifaqı Çin üçün sərhədi, Çinin də Avropa İttifaqı ölkələri üçün sərhədini açdığı təqdirdə açılacaq.