Gürcüstan və Almaniya Müdafiə Nazirlikləri arasında hərbi sahədə əməkdaşlıq barəsində razılaşma bu gün imzalanacaq
Gürcüstan və Almaniya Müdafiə Nazirlikləri arasında hərbi sahədə əməkdaşlıq barəsində razılaşma bu gün imzalanacaq

Gürcüstan və Almaniya Müdafiə Nazirlikləri arasında, çox illik əməkdaşlıq tarixində bu gün hərbi sahədə əməkdaşlıq barəsində razılaşma imzalanacaq.

Müdafiə Nazirliyinin məlumatına görə, razılaşma NATO-nın açıq qapılar siyasətini nəzərdə tutur.

Elə bu gün, Gürcüstan Müdafiə naziri Levan İzoriya fəxri qonaq statusu ilə Berlin Təhlükəsizlik Konfransında iştirak edəcək. Konfrans hər il müxtəlif ölkənin yüksək səviyyəli qonağına ev sahibliyi edir. Səfər, günün ikinci yarısında Hamburq şəhərinin Bundesver Akademiyasında davam edcək. Burada nazir gürcü tələbələri ilə görüşəcək. Alman tərəfi isə, Mission Command-ın alman modelinə təqdimat edəcək.

Gürcüstan Müdafiə nazirinin Almaniyaya səfəri bu gün, noyabrın 27-də başa çatacaq.