"Gürcüstan Ulduzunun" final onluğu məlumdur
"Gürcüstan Ulduzunun" final onluğu məlumdur

Gürcüstanın Birinci Kanalının “Gürcüstan Ulduzu” meqaşousunun final onluğu məlumdur: Merab Amzoyev, Mariyam Qoqiberidze, Anri Quçmanidze, Tamar Kakalaşvili, Nika Kalandadze, David Rusadze, Barbara Samxaradze, Mariyam Şenqeliya, Liza Şenqeliya və Tornike Ğipiani.

Müsabiqənin münsiflər heyətinin üzvü Tinatin Berdzenişvili, David Evqenidze, David Aladaşvili və Natiya Toduadır.

“Gürcüstan Ulduzu” meqalayihəsi “American Idol” və “Pop Idol”-un gürcü analoqudur.

“Gürcüstan Ulduzunun” qalibi Gürcüstanı 2020-ci ildə Avroviziyada təqdim edəcək.