Gürcüstan, Ukrayna, Litva və Estoniya Avropa Şurası Parlament Assambleyasına Rusiyanın qaytarılması mövzusu barəsində birgə bəyanat yayacaqlar
Gürcüstan, Ukrayna, Litva və Estoniya Avropa Şurası Parlament Assambleyasına Rusiyanın qaytarılması mövzusu barəsində birgə bəyanat yayacaqlar

Gürcüstan, Ukrayna, Litva və Estoniya bu gün Mərkəzi Avropa vaxtı ilə saat 13:00-da birgə bəyanat yayacaqlar.

Müraciətin məzmunu hələlik məlum deyil, lakin məsələ Avropa Şurası Parlament Assambleyasına Rusiyanın qaytarılmasına, həmçinin Gürcüstan və Ukraynaya qarşı Kremldən gələn təhlükələrə aid olacaq.

Qeyd olunan beş ölkə, Rusiya Federasiyası üçün səsvermə hüququnun bərpasına etiraz edir və hesab edir ki, Rusiyanın çıxarılması əsası yenə də dəyişməz olaraq qalır.

Gürcüstan Parlamentinin Avrointeqrasiya Komitəsinin sədri, Tamar Xulordavanın dediyinə görə, Gürcüstanın partnyor ölkələrinin qərarı əsaslandırılmamışdır.

Dünən Gürcüstan ilə birlikdə, Avropa Şurası Parlament Assambleyasının payız sessiyasın açılışında Latviya, Litva, Estoniya və Ukrayna nümayəndə heyəti iştirak etməyib.