Gürcüstan Səfirliyi İsraildə olan Gürcüstan vətəndaşlarına müraciət edir və qaynar xəttin nömrəsini yayır
Gürcüstan Səfirliyi İsraildə olan Gürcüstan vətəndaşlarına müraciət edir və qaynar xəttin nömrəsini yayır

İsraildəki Gürcüstan Səfirliyi İsraildə olan Gürcüstan vətəndaşlarına müraciət edir.

Bəyanatda qeyd olunduğu kimi, Səfirlikdə qaynar xətt işləyir: +97236093206, +972526919092.

“İsrail dövlətinin cənub hissəsində, özəlliklə də Qəzza sektoru ətrafındakı şəhərlər və yaşayış məntəqələrində (Aşkelon, Sderot, Aşdod, Netivod, Ber Şeva, Beyt Kama, Kiriatqat) durumun eskalasiyasını nəzərə almaqla, xahiş edirik, baş verən hadisələri diqqətlə izləyəsiniz və lazım olduğu təqdirdə İsrail Fövqəladə Hallar Xidmətinin nümayəndəsinin, yerli munisipalitetlərin rəhbərlərinin və polisin göstərişlərinə müvafiq hərəkət edəsiniz”, – Səfirliyin bəyanatında deyilir.