Gürcüstan prezidentinin İsveçrə Konfederasiyasına rəsmi səfəri başlayıb
Gürcüstan prezidentinin İsveçrə Konfederasiyasına rəsmi səfəri başlayıb

 

Gürcüstan prezidenti Salome Zurabişvili İsveçrə Konfederasiyasına rəsmi səfər edib. Bu, Gürcüstan tərəfindən İsveçrəyə təşkil olunmuş ilk yüksək səviyyəli səfərdir.

Prezident İsveçrə Konfederasiyasına səfərini Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilatlarla görüşlərlə başlayır.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreius, Dünya İntelektual Mülkiyyət və Beynəlxalq Əmək Təşkilatı və Dünya İqtisadi Forumunun icraçı sədri, professor Klaus Şvab ilə görüşlər keçiriləcək.

Oktyabrın 15 -də Gürcüstan prezidenti rəsmi səfər çərçivəsində, rəsmi qarşılanma mərasiminin keçiriləcəyi Bern şəhərinə rəsmi səfər edəcək və bundan sonra iki ölkə prezidentləri təkbətək görüşəcəklər.

İsveçrə Konfederasiyasının prezidenti Qi Parmelini və Gürcüstan prezidenti Salome Zurabişvilinin geniş tərkibdə görüşü planlaşdırılır, bundan sonra prezidentlər mətbuata birgə bəyanatlar verərək sualları cavablandıracaqlar.

Gürcüstan prezidentinin Berndə İsveçrə Konfederasiyasının Milli Şurasının birinci vitse-prezidenti İren Kelinlə də görüş keçirilməsi planlaşdırılır.